İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyinə SPA-da yayımlanan Kral Məhkəməsinə aid şərhdə, Kral Səlman bin Əbdüləziz Al Səudun böyük qardaşı Əbdüləzizin 86 yaşında həyatını itirdiyi açıqlandı.
Əbdüləzizin cənazə namazının sabah Məkkə şəhərində Kəbənin olduğu Məscidi-Haramda qılınacağı ifadə edildi.
Mərhum Kral Əbdüləziz Al Səudun yoldaşı Şahzadə Hisse bint Əhməd əs-Sudeyrinin altıncı uşağı olan Əbdüləziz 1931-ci ildə doğulmuşdu.
ABŞ-ın San Diego şəhərindəki hərbi fakultəni bitirən Əbdüləziz sonra California Universitetində İqtisad Fakültəsində də oxumuşdu.
Əbdüləziz, 1983-2011 illəri arasında Müdafiə və Aviasiya nazir yardımcılığını etmişdi.
İnterpress.az