ABŞ Fələstinə iqtisadi yardımları kəsirbackend

ABŞ Fələstinə iqtisadi yardımları kəsir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Komitədən 4-ə qarşı 17 ilə keçən qanun layihəsi, Fələstin rəhbərliyinin İsrail həbsxanalarındakı məhkumlara və İsrail təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilənlərin ailələrinə etdiyi maddi yardımlar durdurulana qədər Fələstinə maliyyə yardımların təxirə alınmasını nəzərdə tutur.

Keçən il Tel Avivdə öldürülən Amerikalı tələbə Taylor Force adının verildiyi qanunda, digər yardımçı ölkələrə də Fələstinə edilən yardımları kəsmə çağırışı edilir. Qanunda, ABŞ-ın BMT Səfirinin də Fələstin rəhbərliyinin məhkumlara etdiyi yardımlarını BMT-də gündəmə gətirməsi təklifi iştirak edir.

Cənub Carolina əyaləti Respublikaçı senatoru Lindsey Graham ilə Tennessee əyaləti Respublikaçı senatoru Bob Corker tərəfindən hazırlanan layihənin qanunlaşması üçün Senat və Nümayəndələr Məclisi Ümumi quruluşlarında keçməsi lazımdır.

Fələstinin ABŞ Delegasiyası nümayəndəsi Husam Zomlot, layihəni \”səhv məlumat ehtiva edən və zərər verici\” olaraq xarakterizə etdi. Söz mövzusu kömək sisteminin 52 ildir davam etdiyini xatırladan Zomlot, \”Bu proqram, İsrailin haqsız yerə öldürdüyü və ya həbs etdiyi fərdlərin ailələrinə dəstək vermək üçündür. Bu program ictimai və təhlükəsizlik ehtiyaclarına xidmət edir, uşaqlara daha yaxşı bir gələcək təmin edir və ehtiyac sahiblərini ətrafımızdakı radikal qruplardan qoruyur\”-dedi.

İnterpress.az