İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Massachusettsdə yaşayan 20 yaşlı Michelle Carter, sevgilisinə atdığı mesajlardan sonra qəsdsiz adam öldürmədən günahkar bilindi.
Conrad Roy, 2014-ci ildə 18 yaşındaykən sevgilisi ilə yazışmasından sonra intihar etdi.
Yük maşının içərisində intihar edən Royun zehni xəstəlik tarixçəsi vardı və daha əvvəl də intihara təşəbbüs etmişdi.
Carterin yazışmalarında qazla doldurduğu yük maşınıından duyduğu qorxu səbəbiylə çıxan Roya, maşına təkrar girməsini söylədiyi aydın oldu. Atdığı mesajlarla intihara təşviq etdiyi sevgilisinin son dəqiqələrini telefonda dinləyən Carterin təcili kömək xəttini axtarmadığı da ortaya çıxdı.
İnterpress.az