ETSN-nin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, “Qaynar xətt”ə daxil olan şikayətlərdən 1841-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. Şikayətlər əsasən, ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub: “Altı ayda Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 740 şikayət, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 862 şikayətdən 759-u, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 174 şikayətdən 165-i, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 43 şikayət, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 114 şikayətdən 95-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 19 şikayətdən 18-i, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 şikayət, \”Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu\” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 9 şikayətdən 6-sı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 16 şikayətdən 12-si, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 2 şikayət üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir”.
İnterpress.az