Hamam həqiqətən gözəl yerdir!
-İstidə harada sərinləmək olar?
-Hamamda!
-Qışın soyuğunda harada qızınmaq olar?
-Hamamda!
-Adam harada pak ola bilər?
-Hamamda!
-Elə isə deyin, gəlsin!
Biz də deyirik:
-Hamamları işlədin!
Niyə otellərdə hamamlar işləyir, buxarxanalar, massajxanalar, nə xanalar işləyir, Bakı kimi böyük şəhərdə hamamlara işləməyi qadağa qoyulur?
Bəlkə birinin həyət evində hamamı yoxdur, harada çimsin? Bu soyuqda gedib dənizdə çimsin?
Yoxsa, camaat otellərə getsin?
Otellər sadə xalq üçün deyil, axı? Varlılar üçündür! Məsələn, “JOYY otel spa”da qiymətlər belədir:
Giriş – 15 AZN
Massaj (1 saat) -30 AZN
Massaj (45dəqiqə) -22 AZN
Massaj (30 dəqiqə) -15 AZN
Banka-10 AZN
Kisə-10AZN
Kisə (komplekt)-10 AZN
Süpürgə-10 AZN
Pilinq-4 AZN
Massajdan sonra sabunlama -10 AZN
Adi sabunlama 8 AZN
Süpürgə satışı-5 AZN
100 manata çimmək nə deməkdir? Adi hamamlarda sadaladıqlarıım 40-45 manata başa gəlir…
Bildiyimizə görə, dünyanın heç yerində hamamları qapatmayıblar, bəs bizdə niyə belədir? Bu da Ramin Bayramlının hoqqalarıdır?
Bu hoqqqaları çıxaranlar bilirlərmi ki, Bakı hamamlarının 10.000-dən çox işçisi işsiz qalıb? Hələ insanların rahatlığının əllərindən alınmasını demirik!
Başı çıxanların dediklərinə görə, hamamda mikrob olmur. Olan mikroblar da istiyə tab gətirmir, yox olur. Belə isə, açın hamamları, camaat ölənlərinizə rəhmət oxusun…Həm xalqın canı rahat olsun, həm də sizin!