Sosial şəbəkələrdə Bakıdakı “Moskva” kinoteatrının sökülməsini əks etdirən fotolar yayılıb.
“Qafqazinfo” Nəsimi rayonunda yerləşən kinoteatrla bağlı eyniadlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan həmin binanın dövlət yox, özəl mülkiyyətdə olduğu bildirilib.
Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət öyrəndik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən qeyri-yaşayış obyekti xüsusi mülkiyyətdir: “Həmin tikilinin söküntüsü ilə əlaqədar icazə alınmadığı üçün hazırda aidiyyəti orqanlar tərəfindən işlər dayandırılıb”.
Qeyd edək ki, kinoteatr 2006-cı ildən fəaliyyət göstərmir.