Yaponiyanın cənubundakı Okinava əyalətində təsirli olan “Xanın” qasırğası nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Yanğın və Fəlakət İdarəsi agentliyi tayfun nəticəsində 11 nəfərin xəsarət aldığını açıqlayıb.
Okinawa Elektrik Şirkəti həmçinin tayfunun əyalətdə 210 min evin elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.
Qasırğa səbəbindən bölgədə uçuşlar təxirə salınıb.
Səlahiyyətlilər Okinava prefekturasının sakinlərini güclü yağışlar gətirən tayfun səbəbindən sel və daşqınlara qarşı xəbərdar edib və vətəndaşları fövqəladə hallar istisna olmaqla, evlərini tərk etməməyə çağırıb.