14 yaşlı azərbaycanlı qızın qətli ilə bağlı daha iki nəfər saxlanılıbbackend

14 yaşlı azərbaycanlı qızın qətli ilə bağlı daha iki nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 14 yaşlı Aytac Şahmarovanın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, qətli törətməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu cinayət barədə məlumat verməməkdə təqsirləndirilərək saxlanılıb.

“İstintaqda müəyyən edilib ki, qətli törətməkdə təqsirləndirilən şəxs onunla evlənmək məqsədilə 2009-cu il təvəllüdlü A.Ş.-nın azadlığına qanunsuz mane olub, onu əmisi A.A-nın evinə gətirib. Həmçinin məlum olub ki, qaçırılma barədə AA-nın oğlu B.Ə. xəbərdar olub, lakin o, bu barədə polisə məlumat verməyib”, – deyə məlumatda qeyd olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsi ilə aparılır. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xatırladırıq ki, Kaxetidə, Saqareco bələdiyyəsinin Lambalo kəndində erkən nikahın qurbanı olan 14 yaşlı gənc oktyabrın 6-da zorakı “ər” tərəfindən odlu silahla qətlə yetirilib. Qətldə təqsirləndirilən 28 yaşlı  ər oktyabrın 10-da saxlanılıb.

Bundan başqa, Aytac Şahmarovanın anası və qohumu da saxlanılıb. Hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məcburi nikaha zorlama və cinayət barədə xəbər verməməkdə ittiham olunurlar.
İşin prokuroru deyir ki, azyaşlı anasının yanına qayıtdıqdan sonra ana onu yenidən zorla ərinə qaytarıb.

Prokurorluq bildirir ki, azyaşlının anası və qohumuna 14 yaşlı qıza qarşı törədilmiş ağır cinayət barədə məlumat verilsə də, onlar “azyaşlının iradə azadlığını ifadə etmək və seçim etmək hüququna malik olmadığı” qənaətində olublar.

Bu barədə müvafiq orqanlara məlumat verilməmiş və uşaq onu qaçıranla birlikdə yaşamağa məcbur edilmişdir.