Muxtar Babayev: “Xəzər regionu ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir”backend

Muxtar Babayev: “Xəzər regionu ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir”.

İnterpress.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.

Nazir bildirib ki, Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə malik olan zəngin təbii sərvətləri var: “Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər – iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır”.