Avstriyada Zaqrebdən Zalsburqa uçan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Zalsburq federal vilayətinin polisinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.