Sahib Ələkbərov: “Xalqımız daha yaxşı yaşamağa layiqdir”backend

Sahib Ələkbərov: “Xalqımız daha yaxşı yaşamağa layiqdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir.

İnterpress.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Xalqın rifahının yüksəlməsi üçün hər bir kəs çalışmalıdır ki, öz sahəsində əlindən gələni eləsin. Büdcə müzakirələrində çıxış edən millət vəkillərinin əksəriyyəti büdcə proqnozları ilə bağlı məsələyə münasibət bildirərkən onların real olduğunu qeyd edirlər, öz təkliflərini verirlər. Çıxış edənlərin çoxu xərclərin artırılmasından danışırlar. Bu doğrudan da təbiidir. Belə də olmalıdır”, – deyə o qeyd edib.