Yəmən husilərinin arsenalında ən müasir silahlar var.
İnterpress.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin tədarük və silahlanmaya dəstək üzrə müavini Bill LaPlante deyib.
O bildirib ki, Yəmən husilərinin arsenalında ən müasir silahlar, o cümlədən “heyrətləndirici işlər görə bilən” raketlər var.
O, Husilərin son altı ayda gördüklərinin “sadəcə şok edici” olduğunu söyləyib.
Xuraman Etibarlı
İnterpress.az