Kişi keçmiş sevgilisini öldürüb, qızın yeni sevgilisinin cinsiyyət orqanını kəsib.
İnterpress.az xəbər verir ki, Böyük Britaniyada Marcus Osborn beş illik tanışlıqdan sonra Keti Hiqtondan ayrılıb. Ayrıldıqdan sonra Keti Stiven Harnett adlı yeni sevgili tapıb.
Osborn bununla barışa bilməyib. O, Hiqtonun arxasınca gedib və tezliklə onun evinə girib. Həmin vaxt orada başqa bir qadın olub. Qız Harnettlə görüşdə olarkən qadın Hiqtonun uşaqlarına baxırdı. Osborn qadını girov götürüb, bıçağı boğazına dayayıb və onu Hiqtona zəng vurub evə çağırmağa məcbur edib.
Hiqton qayıdanda Osborn bıçaqla ona hücum edib, 99 bıçaq zərbəsi vurub və təcavüz edib. Adam daha sonra qızın telefonunu götürüb və Harnettə mesaj göndərib. Kişi özünü Keti kimi göstərərək rəqibini onun evinə dəvət edib.
Harnett gələndə Osborn ona 24 bıçaq zərbəsi vurub və cinsiyyət orqanını kəsib.
Sağ qalan girovun dediyinə görə, cütlüyün qalıqlarına baxan Osborn onları Romeo və Cülyetta ilə müqayisə edib, gülüb, sonra isə qadına hücum edərək zorlayıb.
Məhkəmədən sonra Osborn ömürlük həbs cəzasına məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.az