Arşakyan yəhudiləri vicdansız xalq adlandırdıbackend

Arşakyan yəhudiləri vicdansız xalq adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə komitənin sədri Yakov Margi komitənin iclasında çıxış edərkən məlumat verib.
“Erməni genosidini (qondarma -red.) tanımaq bizim mənəvi borcumuzdur”, – deyə o, mətbuata bildirib.

Komitə sədri İsrailin bu vaxta qədər Osmanlı imperiyası tərəfindən erməniləri kütləvi şəkildə qırdığı iddia edilən hadisəni (erməni tarixçiləri tərəfindən uydurulan və təhrif edilən – red.) tanımamasına görə təəssüf hissi keçirdiyini bildirib.
Bundan başqa, Yakov Margi Knessetin sədri Yuliy Edelşteyni də bu “səhvi” düzəltməyə çağırıb.

Məlumata görə, İsrail parlamentində qondarma soyqırımı tanımağa çağıranlar arasında komitənin digər üzvləri Zahava Qalyon (Merets partiyası), Dov Hanin (Vahid Ərəb Siyahısı), Züheyr Baalül və Nahman Şay (hər ikisi “Sionist düşərgə” fraksiyasındandır) olublar. İsrail parlamentində qatı ermənipərəst deputat kimi tanınan Zahava Qalyon İsrail parlamentinin qondarma erməni soyqırımını tanımamasını İsrail dövləti üçün böyük rüsvayçılıq adlandırıb. Şübhəsiz ki, komitənin bu qərarı Ermənistanda böyük sevinclə qarşılanıb.

Lakin erməni ictimaiyyətinin heç də hamısı hər kəs kimi qərara coşğu ilə yanaşmır. Erməni mətbuatının bir hissəsi də Zahava Qalyon kimi İsrailin qondrama soyqırımı tanıyacaq dərəcədə irəli getməyəcəyini düşünür. Məsələn, “armenianreport” saytının şərhçisi Tevos Arşakyan da məsələ ilə bağlı ermənilər üçün bədbin proqnoz verənlər arasındadır:

“Biz əlbəttə ki, erməni xalqının böyük dostu Zahava Qalyon un əməklərini inkar etmirik və buna görə minnətdarlığımızı bildiririk. Hər halda, hər kəsə elə gəldi ki, 1 avqustda İsrail parlamenti, nəhayət, erməni soyqırımını (qondarma-red.) rəsmi olaraq tanıyacaq… Lakin ayıq təhlil də onu göstərir ki, yəhudi dövləti bu hadisəni soyqırım kimi tanıyan 30 dövlətə qoşulmayacaq. Aydın məsələdir ki, İsrail parlamentinin qalan üzvləri Mədəniyyət, təhsil və idman komitəsinin bu səylərini dəstəkləməyəcək. Bunun bir neçə səbəbi var. Birinci elə ondan başlayaq ki, əvvəllər də Knessetdə erməni soyqırımının (qondarma – red.) tanınması ilə bağlı məsələ qaldırılıb. Lakin İsrailin bir çox ictimai və siyasi xadiminin səylərinə rəğmən, bu, müvəffəqiyyətsizliyə uğrayıb.

Xatırladırıq ki, İsrailin indiki Prezidenti Reuven Rivlin də erməni genosidinin (qondarma – red.) tanınması üçün aktiv lobbiçilik edirdi. Lakin o da prezident olduqdan sonra erməni xalqına münasibətini dəyişdi.
İsrail hökumətinin hamısı, ilk növbədə isə Xarici İşlər Nazirliyi bu qərarın qəbul edilməsinə qarşı çıxaraq öz iradələrini Knessetə yeridə biliblər. Deyəsən indi də belə olacaq. Çünki İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon da komitə qərarının İsrail dövlətinin rəsmi mövqeyi olmadığını artıq bəyan edib.

Yəni həm Xarici İşlər Nazirliyi, həm də İsrailin hakim koalisiyasının hamısı erməni genosidi (qondarma-red.) məsələsinin qarşısını bu dəfə də alacaq. Unutmaq lazım deyil ki, Təl-Əviv Ankara ilə münasibətləri düzəltmək üzrədir. Bundan ötrü isə İsrail erməni soyqırımını (qondarma-red.) tanımaq barədə addım atmaz.
Genosid qərarının tanınmamasında Azərbaycanın da rolu böyükdür. Azərbaycan Türkiyənin kiçik qardaşı rolunda çıxış edərək özünü türklərdən daha artıq türk kimi hiss edir. Bu səbəbdən orada İsrail parlament komitəsinin qərarına sərt reaksiyalar gəlib.

İsrail və Azərbaycan arasında hərbi-texniki sahədə imzalanan çoxmilyardlı müqavilələri də nəzərə alsaq, İsrailin Ermənistandan ötrü Bakı ilə də münasibətləri pozmayacağını bilirik.
Nəhayət, ən sonuncusu. Yəhudilərin tarixi eqoizmi onlara erməni soyqırımı (qondarma-red.) haqqında qərar qəbul etməyə imkan vermir. Çünki bir çox israillinin fikrincə, insanlıq tarixində tək genosid hadisəsi yəhudi xalqına qarşı törədilib. İsraillilər erməni genosidi (qondarma-red.) haqqında qərarın genosid məsələsində yəhudilərin monopoliyasını pozacağını düşünür”.

Sonda erməni yazar sual da ünvanlayır: “Ümumiyyətlə, Azərbaycanı təpədən-dırnağa qədər silahlandıran, onlara təlim keçən dövlətin genosidi tanıyıb-tanımamasının nə önəmi var?”

“Qoy erməni oxucuları yəhudilərdə vicdan səsinin oyanaraq erməni soyqırımının (qondarma-red.) tanınması barədə illüziyalara qapılmasınlar. Genosid hüququnu inhisar altına alan və başqalarının qanından pul qazanan bir xalqda çətin ki, vicdan və ədalət kimi duyğular olsun”, – erməni yazar yazısını belə başa vurub. (musavat)

İnterpress.az