Almaniyadakı əfqan qızlarıbackend

Almaniyadakı əfqan qızları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Burada özümü insan kimi hissedirəm”

Həvva Makedoniya sərhədini keçəndə Əfqanıstandan rəfiqəsinin ölümü haqqında xəbər alır. Həvva indi təhlükəsiz yerdədir, lakin onun kimi sülh aktivisti olan rəfiqəsi isə artıq həyatda yoxdur…

“Mən bura gələndə necə olduğumu yaxşı xatırlamıram. Yalnız ac qarına qaçırdım, yemək yeyə və yata bilmirdim”

Həvvanın üç bacısı və valideynləri fevral ayında Almaniyaya gəmi ilə gəldikləri zaman Həvva orada qalıb mübarizəsini davam etdirməyi qərara almışdı.
Məryəm isə artiq yarım ildir ki, Almaniyada yaşayırdı. O da Əfqanıstandan gəlmişdi, lakin hələ də bilmirdi ki, onun burda yaşamaq üçün icazəsi olacaq ya yox?

Nəhayət Həvva da Almaniyaya köç edir…

Bura gələn həmyerliləri kimi hər iki qadın üçün çətinliklər hələ də mövcuddur, lakin alman dövləti onlar qarşısında müəyyən öhdəliklər götürüb.
Bu qadınlar üçün Almaniyada həyat necə keçir?

Almaniyadakı əfqan qızları

Həvva: “ Burada mən özümü insan kimi hiss edirəm, Əfqanıstanda isə qadın olmaq demək, xəcalətli olmaq deməkdir. Bu psixoloji travma Almaniyada da məni izləyir.”

Məryəm: \”Mən burada ilk dəfə həyatı və yaşamağı başa düşdüm. Anladım ki, əslində həyat necə olmalıdır, burada insanlar həqiqi azadlıq və canlılığı hiss edirlər. Burda qayğılar haqda çox düşünmürlər, mənim bir işim yoxdur, amma mənə deyirlər ki, sənin də yaşamağa haqqın vardır.”

Hər iki qadın müsəlmandır, lakin heç biri hicab daşımır. Hicab məsələsinə isə belə yanaşırlar: “Mənim allaha inamın sənin üçün deyil. Mənim dinim mənim ürəyimdədir, başımın üstündə deyil”.

Gənc qızlar Almaniyada qala bilmək üçün ümidlə yaşayırlar. Məryəm deyir ki, Mən qayıdanda ola bilsin ki, orada həyatda qala bilim, lakin mənzilin qaranlıq bir küncündə…

Həmçinin hər iki qız öz ölkələrində qalan dostları və yaxınları üçün narahatdırlar və onların yaşayıb yaşamadıqlarını bilmirlər.

Almaniyadakı əfqan qızları

Aytək Yusifsoy
İnterpress.az