İnterpress.az bu barədə yerli “The National” qəzetinə istinadən bildirir.
Boyunbağının çəkisi 256 kq, qiyməti təqribən 6 milyon dollardır. Zərgəlik işinin üzərində 100 nəfərdən çox adam 45 gün müddətində çalışıb.
Boyunbağıya Dubayın köhnə hissəsindəki qızıl bazarında baxmaq olar. Məmulat 20-ci ticarət festivalında nümayiş etdirilmək üçün hazırlanıb. Festival fevralın 1-ə qədər davam edəcək. Bu festival zamanı alıcılara 70%-ə qədər endirim təklif olunur.
Ginnesinin Rekordlar Kitabına salınandan sonra qızıl boyunbağı hissələrə ayrılacaq. Hər bir bilərzik və boyunbağının öz kodu olacaq. Həmin məmulatların qiyməti o günkü bazar qiymətlərinə uyğun hesablanacaq.
1999-cu ildə də BƏƏ-də 4,28 km uzunluğunda qızıl boyunbağı düzəldilmişdi.
İnterpress.az