Məzarda 12 ildir işıq yanır – FOTObackend

Məzarda 12 ildir işıq yanır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Antalyada yükdaşıma şirkətində işləyən və ailə qurmağa hazırlaşan B.Şallı artıq çəkidən qurtulmaq istəyib. 65 kilo olan B.Şallı 2003-cü ildə bədənindəki piyi əməliyyat yoluyla aldırmaq üçün özəl klinikaya müraciət edib. Əməliyyatda bədənindən 7 kq yağ alınıb. Xəstəxanada 4 gün qalıb, sonra evə buraxılıb.
Ancaq qarın bölgəsindəki ağrılar kəskinləşincə yenidən xəstəxanaya yerləşdirilib. İkinci əmliyyat uğurlu olmayıb və gənc qız həyatını itirib.

Tibbi ekspertiza aşkar edib ki, qızın ölümünə səbəb narkoz olub. Şallı ailəsi məhkəməyə müraciət edib. Məhkəmə həkimi 40 min dollar cərimələyib.

Bernar Şallı Antalyadakı Andızlı qəbiristanlığındakı dəfn edilib. Xüsusilə gecələr qəbiri işıqlı görənlər heyrət edir. Sağlığında qızının qaranlıqdan qorxduğunu deyən ana Ayşe Şallı onun rahat yatması üçün qəbrini işıqlandırmaq istəyib: “Əvvəlcə yanıb – sönən işıq taxmışdıq. Ancaq işıq hərəkətli olduğu üçün yoldan keçənlər qorxmuşdu. Bundan sonra normal lampa taxdıq. Anamın evi qəbiristanlığın yanındadır. Onun evindən bura kabel çəkmişik”.

Ana qızına yaxın olmaq üçün evini satıb məzarlığın yanında ev alıb: “Mən ölənə qədər o işıq yanacaq. Çünki o işığın mənim üçün fərqli mənası var. 12 il oldu, amma mən onun öldüyünə hələ inanmıram. Onun üçün darıxıram. Ona yaxın olmaq üçün qəbiristanlığın yanında ev aldım”.

Məzarda 12 ildir işıq yanır - FOTO

Məzarda 12 ildir işıq yanır - FOTO

Məzarda 12 ildir işıq yanır - FOTO

İnterpress.az