XİN-dən Psakiyə cavabbackend

XİN-dən Psakiyə cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər:

“Təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük Sülh Sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhə boyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir”, – deyə H. Hacıyev vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur:

“Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

İnterpress.az