“İslamlaşma” əleyhinə etiraz yürüşləri tənqid olundu – Almaniyadabackend

“İslamlaşma” əleyhinə etiraz yürüşləri tənqid olundu – Almaniyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu kampaniya PEGİDA qrupu tərəfdarları və əleyhdarlarının Almaniya boyunca keçirdiyi bir sıra rəqib nümayişlərə təsadüf edib.

PEGİDA əleyhinə \”Bild\” qəzetində yayımlanan petisiyaya imza atmış 80 adam arasında sabiq kansler Helmut Schmidt, aktrisa Karoline Herfurth və keçmiş futbolçu Oliver Bierhoff-un adları da var.

PEGİDA əleyhinə çağırışda təşkilat \”əsassız qərəzçilik, ksenofobiya və dözümsüzlük” hisslərini qızışdırmaqda suçlanır.

PEGİDA – “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” qrupu ötən ilin oktyabr ayından bəri Drezden şəhərində hər həftə bu kimi çıxışlar təşkil etməkdədir.
Eyni zamanda aparıcı siyasətçilərin tənqidinə məruz qalan PEGİDA əleyhinə də bir sıra mitinqlər təşkil olunub: Berlin, Köln və Drezden şəhərlərində keçirilən mitinqlər minlərlə iştirakçını cəlb edib.

DPS agentliyi Ştutqart, Münster və Hamburq şəhərlərindəki anti-PEGİDA nümayişlərinə 22 min adamın qatıldığını bildirir. Berlində isə PEGİDA əleyhdarlarının 5 min fəalı təşkilatın yürüşünə müdaxilə ediblər.

Bazar ertəsi Drezdendə PEGİDA yürüşünə gələnlərin sayı rekord sayılan 18 minə çatıb. Polis eyni zamanda keçən anti-PEGİDA mitinqində 3 min adamın iştirak etdiyini bildirib.

Kölndə anti-İslam yürüşlər əleyhinə etiraz əlaməti olaraq şəhərin əsas kilsəsi ilə yanaşı mərkəzdəki bir sıra binalar və Reyn çayı üzərindən keçən körpüdəki işıqlar söndürülüb.

Kölndə anti-İslam yürüşləri əleyhinə etiraz əlaməti olaraq şəhərin əsas kilsəsində işıqlar söndürülmüşdür.

PEGİDA-nın bu şəhərdəki nümayişinə təqribən 250 adam qatılıb.

Drezdendə PEGİDA-nın son yürüşünə 18 min adam qatılıb.

Avtomobil istehsalı üzrə Volkswagen şirkəti Drezdendəki avtomobil zavodunda işıqları söndürməklə “açıq, azad və demokratik cəmiyyətə dəstək” göstərdiyini bəyan edib.

Almaniya kansleri Angela Merkel Yeni il müraciətində təşkilatı tənqid edərkən onun liderlərini “qərəzçilik, soyuqluq və hətta nifaqda\” suçlayıb.

PEGİDA-nın təsisçilərindən biri Drezdendə keçən yürüş vaxtı Almaniyada “siyasi təqiblərin” baş qaldırdığını deyib.

PEGİDA-nın ən izdihamlı aksiyaları Drezdendə keçirilib.

Kölndə PEGİDA əleyhinə mitinq iştirakçıları təşkilatı irqçilikdə ittiham ediblər.

\”Bəs necə olur ki, siyasi sığınacaq və immiqrasiya üzrə Almaniyanın mövcud olmayan siyasətinin ədalətli tənqidinə görə biz aparıcı siyasi partiya və media tərəfindən açıq təhqir olunur, irqçi və nasist adlandırılıq?”, – Kathrin Oertel deyib.

BBC-ə danışan almaniyalı jurnalist Sigrun Rottman PEGİDA mitiqnlərində müxtəlif qüvvələrlə yanaşı sağçı və irqçi qrupların iştirak etdiyini deyib.

Onun sözlərinə görə, başqa şəhərlərlə müqayisədə Drezdenin çox az immiqrant və müsəlman sakininə malik olduğunu qeyd etmək önəmlidir.

Mövzu ilə bağlı sorğu keçirən Stern jurnalı 1000-dən artıq respondentin fikrilə maraqlanıb. Sorğuda iştirak edən 8 nəfərdən anti-İslam yürüşünün evlərinə yaxın yerdə keçirildiyi təqdirdə ona qatılmaq niyyətində olduğunu deyib.

Almaniya Avropa İttifaqına üzv ölkələr arasında ən çox qaçqın və sığınacaq qəbul edən dövlətdir. Almaniyada qaçğın və sığınacaq istəyənlərin əksəriyyətini Suriya vətəndaşları təşkil edir.

İnterpress.az