Bu buzlaşma dövrü canlıların nəsillərinin 5 min 600 il əvvəl kəsilmiş olduğunu bildirən elm insanlarına görə, havaların istiləşməsiylə göllərdəki su miqdarı azalıb, bu səbəblə gündə 70 ilə 200 litr arası su içməsi lazım olan mamontların yaşamaq şansı da azalıb.
Elm dünyası yunlu mamontların böyük əksəriyyətinin əslində 10 min 500 il əvvəl yox olduqlarını düşünür.
Bunun üçün iki səbəb var: Birincisi insanların ovlanması, ikincisi isə, ekoloji dəyişikliklər.
ABŞ-da nəşr olunan akademik elm jurnalı, the Proceedings of the National Academy of Sciencesda nəşr olunan nəticəyə görə, St Paula yaşayan yunlu mamontların nəsli 5 min il daha davam edib.
Dəniz səviyyəsinin yüksəlməsilə bərabər şirin su ehtiyatları azaldı
Ancaq buzlaşma dövründən sonra dünyanın isinməsi ilə dəniz səviyyəsi yüksələndə yunlu mamontların yaşayış sahəsi da daraldı. Bəzi göllər okeana birləşdi və duzlu suyun göllərə dolması ilə şirin su ehtiyatları azalmış oldu.
Buna görə yunlu nəhəng canlılar da azalan su ehtiyatlarını bölüşmək məcburiyyətində qaldılar. Məsələni daha da çətinləşdirən bu canlı növünün çox su içməsi olub.
Professor Rassel Grahama görə mamontlar ən az fillər qədər suya ehtiyac duyurlar. Bu da gündəlik 200 litr su deməkdir.
Digər göllərin də qurumasıyla heyvanların su ətrafında görüşdüklərinə diqqət çəkən Pennyslvania Əyalət Universitetindən Professor Rassel Qrehem bu fikirləri dilə gətirir:
\”Suyun çevrəsində dolandıqları üçün bitkiləri əzirdilər. Bunu günümüzdə fillərin də etdiyini görürük. Bu davranışları ilə qurudan göllərə torpaq sürüşməsinə də səbəb olub təmiz suyun daha da azalmasına səbəb olurlar. Fillərin gündə 70 ilə 200 litr arası suya ehtiyac duyduqlarını bilirik. Mamontlar da eyni miqdarda su içdiyini hesab edirik. Əgər şirin su gölləri bir aylığına qurumuş olsaydı, onlar üçün ölümcül olardı\”.
Tədqiqatçılar iqlim dəyişikliyinin kiçik adalarda eyni təsiri yarada biləcəyinə və şirin su mənbələrinə təsir edərək heyvanları və insanları təhlükəyə salacağını deyirlər.
Son mamontlar 4 min il əvvəl Wrangel Adasında yaşayırdı
İsveçrə Tarix Muzeyində Təkamül və Genetika Professoru Lav Dalan da, \”Bu araşdırmaya nəzər yetirdikdə görürük ki, St Paul adasında yaşayan yunlu mamontların vəziyyəti qədim dövrdə nəsillərin kəsməsini ən yaxşı izah edən fikirlərdən biridir. Ümumiyyətlə, bu tədqiqatda azsaylı canlıların ekoloji dəyişikliklərə qarşı daha həssas olduqlarını görürük\” dedi. Son mamontlar şimal buz dənizindəki Wrangel adasında yaşayırdı. Bunların da 4 min il əvvəl yox olduqları güman edilir. (mir.az)
İnterpress.az