Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin (kontorlar) internet şəbəkəsindəki ekspansiyasıdır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qeyri-qanuni yollarla Azərbaycan ərazisində də fəaliyyət göstərməkdədir. Bunların arasında “mostbet” bukmeyker kontoru xüsusi canfəşanlığı ilə seçilir.
İnterpress.az-ın araşdırmasına görə, fəaliyyətini əsasən Avropa ölkələri və postsovet məkanında təşkil edən “mostbet” bir çox ölkələrdə blok edilir. Uşaqlar üzərində mərc qurmaq qanun pozuntusu olmaqla yanaşı, həm də etik normaya sığmayan haldır. Kontorun fəaliyyəti daim çoxsaylı şikayətlərlə müşayət olunur.
Məsələ ilə bağlı açıqlama verən tanınmış idmançı və beynəlxalq dərəcəli məşqçi Kənan Məmmədov bildirib ki, gənclərin mərc oyunlarına maraq salmasında əsas səbəb tanınmış “bloger” lər günahkardır. Onlar bu ziyanlı vərdişləri öz sosial şəbəkələri vasitəsi ilə reklam edərək təbliğ edirlər. Kənan Məmmədovun açıqlamasını videodan
izləyə bilərsiniz.