“Squid Game“ serialına görə məktəbli ölüm cəzası aldıbackend

“Squid Game“ serialına görə məktəbli ölüm cəzası aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya sakini Cənubi Koreyanın “Squid Game” teleserialını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyinə görə edam cəzasına məhkum edilib.

Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, onunla birlikdə filmin nüsxəsini alan bir neçə orta məktəb şagirdi, eləcə də onların müəllimləri və məktəb rəhbərləri mühakimə olunub. Onlar beş il ağır iş cəzasına məhkum ediliblər. “Xərçəng oyunu”nun tamaşaçılarından biri varlı valideynlərin oğlu olub. O, 3 min dollar ödənc sayəsində cəzadan yayınıb.

2021-ci ilin oktyabrında KXDR səlahiyyətliləri “Squid Game” seriyasını kəskin tənqid edərək, bunun “Cənubi Koreya kapitalist cəmiyyətində vəhşilik nümunəsi” olduğunu bildiriblər.