Ermənistanın Zəngəzur bölgəsində yeni alternativ yollar tikməyə başlayıb.
həmin yolların Azərbaycanla sərhəddə yerləşən Şurnuxu, Vorotan, Bərdzaravan, Geqanuş, Çakaten kəndlərinə çəkildiyi bildirilir.
Hökumətin məlumatına görə, Tatev-Ağvani dövlətlərarası yolu tam hazırdır.
Qeyd edək ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunda postlar qurandan sonra ermənilərin yaşadığı həmin kəndlərdə təşviş yaranıb. Hökumət isə həmin kəndlərin sakinlərinin Azərbaycan postlarından keçməməsi üçün alternative yollar çəkiləcəyini vəd edib. (modern.az)