Ermənistanda yüksək rütbəli zabitlərin həbsi davam edir. Ötən gün “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan həbs edilib.
bu barədə onun vəkili Mihran Poqosyan öz Facebook səhifəsində yazıb.
“”Sisakan” dəstəsinin komandiri, Qarabağ müharibəsinin iştirakçısı Aşot Minasyan Ermənistan Respublikasının Cinayət Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın çıxardığı qeyri-qanuni qərarı ilə həbs edilib. Həbsdə faktlar deyil, hakimiyyətin istəyi önəmlidir. Komandirin həbsinə səbəb kimi, 2020-ci ildə müharibə zamanı qeyri-peşəkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilib”.