“Bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”.
“İnterpress.az” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımda yer alıb.
Qardaş ölkənin səfirliyi 27 sentyabr – Anım Günündə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizi də yad edib:
“Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 sentyabr – Anım Günündə rəhmətlə yad edir, fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”.