ABŞ Keniya ilə regional təhlükəsizlik, terrorizm və zorakılıqla mübarizə üçün 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli mətbuatda yer alan xəbərlərə görə, ABŞ müdafiə naziri Lloyd Ostin paytaxt Nayrobidə Keniya prezidenti Uilyam Ruto və müdafiə naziri Aden Bare Duale ilə ikitərəfli görüşlər keçirib.
Danışıqlardan sonra iki ölkə arasında regional sabitlik və terrorla mübarizə mövzusunda 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb.
Razılaşma ilə ABŞ və Keniya arasında strateji tərəfdaşlıq möhkəmləndi və Əl-Şəbab terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq qərarı verilib.
Afrika səfəri çərçivəsində Cibuti və Keniyada müxtəlif təmaslar edən Ostin nəhayət Anqolaya səfər edəcək.
Ostin hərbi sahədə, regional təhlükəsizlik və müdafiə sahələrində gələcək əməkdaşlıq məqsədi ilə təmaslar aparır.
Bundan əlavə, Austin Nayrobi hökuməti ilə Haitiyə qoşun yerləşdirməyi planlaşdıran Keniyaya resurslar və dəstək vermək üçün razılaşıb.