Rusiya ordusunun generalı HƏBS OLUNDU – FOTObackend

Rusiya ordusunun generalı HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ordusunun keçmiş komandiri general-mayor İvan Popov həbs olunub.

İnterpress.az xəbər verir ki, Popov Zaporojye vilayətində müdafiə strukturları üçün istifadə edilən metalın satışında şübhəli bilinir.

Mətbuatda yayılan məlumata görə, Popova qarşı külli miqdarda dələduzluq işi açılıb.

General-mayor Kubandan olan iş adamı və başqa bir zabit ilə birlikdə Rusiyanın  Zaporojye bölgəsində istehkamların tikintisi üçün alınmış metal məmulatların satışı sxemini təşkil edib.

Popov regiondan kənarda iki min tondan çox metal satmaqda şübhəli bilinir. Dəymiş ziyanın ümumi məbləği 100 milyon rubldan çox qiymətləndirilir.

235-ci Hərbi Qarnizon Məhkəməsi Popovu istintaq təcridxanasına göndərib.

Xuraman Etibarlı

İnterpress.az