Gürcüstanın Rustavi şəhərində naməlum şəxs yoldan keçən iki qadına atəş açıb.
İnterpress.az “ipn.ge”yə istinadən xəbər verir ki, nəticədə onlar hadisə yerində ölüb, yanlarındakı azyaşlı uşaq isə yaralanıb.
Yaralı dərhal xəstəxanaya aparılıb. İlkin araşdırma zamanı olayı 25-30 yaşlarında olan bir şəxsin törətdiyinə şübhələr müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs qaçmaq istəyərkən saxlanılıb.