Zelenski Ukraynada hərbi vəziyyətin uzadılmasına QƏRAR VERDİbackend

Zelenski Ukraynada hərbi vəziyyətin uzadılmasına QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Ali Radaya Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanun layihəlsi təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Volodimir Zelenski Ali Radaya Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin 2025-ci il mayın 9-dan avqustun 6-dək uzadılması haqqında qanun layihələrini təqdim edib.

Prezidentin təklifi ilə Ali Rada 2022-ci ilin fevralından ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyi davam etdirəcək.

Ukraynada prezident və parlament seçkiləri 2024-cü ildə keçirilməli idi, lakin hərbi vəziyyətə görə təyin edilməyib.

Ukrayna qanunvericiliyi müharibə zamanı seçkilərin keçirilməsini qadağan edib.

Xuraman Etibarlı

İnterpress.az