İnquşetiyada kəndin keçmiş başçısının oğlu vəhşicəsinə qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, İnquşetiyada Ekajevo kəndinin keçmiş başçısının oğlu vəhşicəsinə öldürülüb.
O, ailəsini götürməyə gəldiyi uşaq bağçasının yaxınlığında güllələnib.
Əvvəlcə naməlum şəxs Mustafa Katsiyevi başı ilə vurub, bundan sonra davaya digər şəxslər də qoşulub.
Mustafa silahla özünü müdafiə etməyə çalışsa da, hücum edənlər avtomobildən onun kürəyinə atəş açıblar.
O, azı beş güllə yarasından xəstəxanada ölüb.
Qətlə səbəb Katsyiev və Qaqiyev ailələri arasında torpaq münaqişəsi olub.
Xuraman Etibarlı
İnterpress.az