Yekaterinburqda pəncərə silən 80 yaşlı qadın altıncı mərtəbədən yıxılaraq sağ qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yekaterinburqda 80 yaşlı nənə pəncərələri silərkən altıncı mərtəbənin eyvanından yıxılaraq qonşusunun maşınının üstünə düşüb.
Yıxılandan sonra yaşlı qadın ayağa qalxmağa çalışıb və hətta heç nə olmamış kimi hadisə şahidləri ilə danışıb.
O, hazırda xəstəxanadadır.
Xuraman Etibarlı
İnterpress.az