Rusiyada yalançı bombaya görə 350 nəfər təxliyə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskvada çəkilişdən sonra avtomobildən çıxarılmayan bomba maketi səbəbiylə 350 nəfər təxliyə edilib.
Aprelin 15-i axşam saatlarında dayanacaqda sürprizlə dolu avtomobil tapılıb. Avtomobili yedəkləmək lazım idi və onu qaldıranda qəribə bir obyekt görüblər.
O, bombaya çox bənzəyirdi və diqqəti özünə cəlb edib. Dərhal hadisə yerinə onlarla polis əməkdaşı, o cümlədən bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər və kinoloqlar gəlib.
Yaxınlıqdakı məktəb, uşaq bağçası və idman kompleksindən 350-yə yaxın insan təxliyə edilib.
Bombanın əslində dekorasiya olduğu ortaya çıxıb. “Bomba” film çəkmək üçün hazırlanıb.
Çəkiliş qrupunun bəzi üzvləri polisə izahat yazıblar. Hətta avtomobilin sahibi də axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az