Ekvadorda izdiham yerli sakini öldürməkdə şübhəli bilinən britaniyalını yandıraraq öldürüb. İnsanlar edamı həyata keçirmək üçün polis bölməsinə basqın ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ekvador mediası məlumat yayıb.
Yerli mətbuatın məlumatına görə, ekvadorlu Rodriqo Çavesi öldürməkdə şübhəli bilinən Britaniya vətəndaşı aprelin 20-də səhər tezdən polisə aparılıb.
6 saat sonra əraziyə qəzəbli izdiham toplaşıb. İnsanlar ofisə basqın edərək şübhəli şəxsi küçəyə sürüyərək diri-diri yandırıblar.
Eyni zamanda, medianın yazdığı kimi, polis onların təhlükəsizliyindən narahat olduğu üçün baş verənlərə müdaxilə etməyib.
Xuraman Etibarlı
İnterpress.az