Türkiyə təhlükəsizlik qüvvələrinin müxalif İstanbul meriyasına qarşı növbət dəfə xüsusi əməliyyat keçirilib. Xüsusi əməliyyatların ikinci dalğasında 47 şübhəli həbs edilib
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Saxlanılanlar arasında İSKİ-nin baş direktoru Şafak Başa, İBB baş katibinin müavinləri Arif Gürkan Alpay, Murat Yazıcı və Ramazan Gülten, Murat Ongunun həyat yoldaşı Gözdem Ongun da var.
Xuraman Etibarlı
İnterpress.az