Bütün canlıları məhv etməyə qadir olan “zombi ulduzu” 180.000 km/saat sürətlə qalaktikamıza doğru irəliləyir.
İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Söhbət SGR 0501+4516 maqnitarından – Yerdən 100 trilyon dəfə güclü maqnit sahəsinə malik ölü neytron ulduzundan gedir.
NASA-nın məlumatına görə, o, Yerə yaxın uçarsa, onun radiasiyası bütün kredit kartlarını məhv etməyə və insan orqanizmindəki atomları dağıtmağa qadirdir.
Əvvəllər ulduzun Günəş sistemi üçün heç bir təhlükə yaratmadığı düşünülürdü, lakin yeni araşdırmalar onun çox sürətli və təhlükəli istiqamətdə hərəkət etdiyini göstərib.
Xuraman Etibarlı
İnterpress.az