Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi – FOTObackend

Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Azərbaycandakı səfirliyi Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.

Diplomatik nümayəndəlik 14 peşəkar hərbçinin həlak olması ilə nəticələnən faciəvi qəzadan kədərləndiyini bildirib və şəhidlərin cənnətdəki məqamlarının uca olmasını diləyib.

“Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua edirik”, – deyə səfirliyin rəsmi “Twitter” hesabında dərc olunan başsağlığında bildirilib.