Putin Modi ilə DANIŞDIbackend

Putin Modi ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Hindistanın Baş naziri Modi ilə Ukrayna mövzusunda danışıb.

Interpress.az xəbər verir ki, bu barədə Modi sosial şəbəkə platforması X üzərindən məlumat verib:

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

Danışıq zamanı əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət olub.

“Dostum Prezident Putinlə çox yaxşı və əhatəli söhbətimiz oldu. Ukraynadakı hadisələr barədə mənimlə paylaşdığı üçün ona təşəkkür edirəm,” – Hindistan lideri bildirib.

Qeyd edək ki, bu danışıq Putinin Çin, Qazaxıstan, Özbəkistan və Cənubi Afrika Respublikasının rəhbərləri ilə əlaqəsindən sonra baş tutub.

Xuraman Etibarlı

Interpress.az