Bakıdakı orta məktəb koronavirusa görə distant təhsilə keçdibackend

Bakıdakı orta məktəb koronavirusa görə distant təhsilə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 8 ç sinfində 3 şagirdin COVİD-19-a yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir.

Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub.

Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.