Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Budapeşt səfəri davam edirbackend

Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Budapeşt səfəri davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyətinin Macarıstanın Budapeşt şəhərinə səfəri davam etməkdədir. Səfərin növbəti günü nümayəndə heyətininQırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional ofisinin direktor müavini Elxan Rəhimovla Federasiyanın ofisində görüşü baş tutmuşdur. Olduqca maraqlı keçən görüşdə Federasiyanın və Fondun fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuş, xaricdə yaşayan və işləyən azərbaycanlı gənclər, onların karyera imkanları barədə geniş fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, 6 oktyabr tarixindən başlayan səfərdə nümayəndə heyətinin tərkibinə Fondun direktor müavini Şahin Camalov, baş mütəxəssi Avropa ölkələri üzrə kurator Xıdır Kazımov və aparıcı mütəxəssis Maya Qarayeva daxildir.

Nümayəndə heyətini Budapeştdəki Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli müşaiyyət etmişdir.