ABŞ-dan F-16-ların alınması proseduru başlayıb.
bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
“F-16-ların alışı ilə bağlı texniki işlər başlayıb. Biz bu prosesi izləyirik. Türkiyənin güclənməsi NATO-nun müdafiə gücünün artması anlamına gəldiyini unutmaq olmaz. Türkiyənin sərhədləri alyansın sərhədləri deməkdir,” – deyə o bildirib.