Bakı bulvarında 48 yaşlı kişi özünü dənizə atdı – YENİLƏNİBbackend

Bakı bulvarında 48 yaşlı kişi özünü dənizə atdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda intihara cəhd hadisəsi olub.

1973-cü il təvəllüdlü Mirzəyev Vüqar Ramiz oğlu özünü Dənizkənarı Milli Park ərazisində dənizə ataraq özünü öldürmək istəyib. Hadisə yerinə gələn FHN-in Sulardan Xialsetmə Xidmətinin əməkdaşları onu batma təhlükəsindən xilas ediblər. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən xilas edilib.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.