Narahatlığımız İran tərəfinə çatdırılmışdı, buna baxmayaraq…” – Ceyhun Bayramovbackend

Narahatlığımız İran tərəfinə çatdırılmışdı, buna baxmayaraq…” – Ceyhun Bayramov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

 

bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi:

“Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu. İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.

Nazir deyib ki, son həftələrdə İran tərəfdən müsbət mesajlar səsləndirilir.

“Biz bu mesajları yüksək qiymətləndiririk”.

O bildirib ki, Azərbaycanın hazırkı məqsədi odur ki, İranla əlaqələri keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etdirməkdir: