“Artıq Qarabağ Azərbaycanın daxili işidir” – Hikmət Hacıyevbackend

“Artıq Qarabağ Azərbaycanın daxili işidir” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ münaqişəsinə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir”. Bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər.

“Hazırda Zəngəzur dəhlizinin açılmasi ilə bağlı danışırıq. Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasına iddialıyıq. Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını istəyir”, – deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsinin imzalanmasını istəyirik”.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan strategiyasını dəyişməlidir: “İşğal Ermənistanın müstəqilliyinə xələl gətirib. Bu ölkənin iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır. Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə oturub, kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşsın”.