İsraildə parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edilibbackend

İsraildə parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail parlamentariləri müxalifətin ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələbindən sonra parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Times of Israel” qanun layihəsinin müəllifi, Milli Birlik partiyasından olan deputat Pnina Tamano-Şatanın bəyanatına istinadən məlumat yayıb.

“Oktyabrın 7-si bizdən geri çəkilməyi və xalqın etimadını qazanmağı tələb edən bir fəlakət idi. Geniş və sabit birlik hökuməti qurmaq hər şeydən əvvəl böyük problemlər qarşısında bizi təhlükəsizliyə aparacaq”, – bəyanatda deyilir.

Əvvəllər partiya lideri Benny Qantz özü 2024-cü ilin sentyabrına qədər erkən seçkilərin keçirilməsini tələb edib. Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası təklifi rədd edib.