Ermənistanda ETİRAZLAR: “Qalstanyan Paşinyanı devirə bilməyəcək” – POLİTOLOQbackend

Ermənistanda ETİRAZLAR: “Qalstanyan Paşinyanı devirə bilməyəcək” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir. Onun çağırışları ilə aksiya iştirakçıları  ölkənin bir çox bölgəsində yolları və İrəvanda küçələri bağlayır, Paşinyanın istefasını tələb edirlər. Artıq neçə gündür ki, bu hadisələr davam edir. Hətta bu gün polislə toqquşma da baş verib.

Ermənistanın hazırkı durumunun, gərginliyin sonunda Paşinyanın istefası gözlənilirmi? Yaxud bu hadisələr vətəndaş müharibəsinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

O bildirib ki, Ermənistanda hazırda baş verənlər xaricdən maliyyələşir və idarə olunur.

“Baqrat Qalstanyan bu hadisələrə qədər Ermənistanın ictimai-siyasi həyatında heç bir rolu olmayıb. O, Ermənistanın yerli ermənilərindən deyil, hamıya bəllidir ki, onun ailəsi İrandan Ermənistana köçüb. Qalstanyanın aksiyalarına çox az sayda adam qatılır, lakin müəyyən kanallar var ki, onlar bu sayın “yüz minlərlə” olduğunu tirajlayırlar.

Qərbin və ya Fransanın bu proseslərin atxaslında dayanmasını düşünmək absurddur. Hesab edirəm ki, budəfəki aksiyalar Qərbdən kənardakı erməni fondları tərəfindən təşkil olunur.

Bu, Ermənistanın və erməni xalqının bədbəxtçiliyidir. Bu revanşistlərin istəyi bəllidir: tarix boyu saxta “böyük Ermənistan” xülyaları, türk düşmənçiliyi, qondarma “soyqırım” iddiaları və s..

İndi onlara ancaq siyasi intihar etmək qalıb, onlar artıq Ermənistanda yoxdurlar və bu da onların son çırpıntılarıdır”, – siyasi ekspert deyib.

Tural İsmayılov “bu hərəkat Nikol Paşinyanı devirə bilərmi?” sualına belə cavab verib:

“Qalstanyan simasında yox, devirə bilməyəcək”.

Xuraman Etibarlı

İnterpress.az