“Dəli” dahi dünyanı silkələdibackend

“Dəli” dahi dünyanı silkələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu adamın adı bütün dünyada tanınır. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olub. Henri Ford ilk təhsilini adi kənd məktəbində alıb. Henri Fordun atası fermer idi. Lakin kiçik Henrinin fermer işinə həvəsi yox idi. O, daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görsə də, Henri Ford özünü başqa sahədə təsəvvür edirdi. O, gənclik illərini “Mənim həyatım və nailiyyətlərim” kitabında belə təsvir edib: “Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım”.

Fordun atası oğlanın məqsədini reallaşdıra biləcəyinə dair heç bir ümidi yox idi. Qonşuları isə onu dəli hesab edirdi. Hər zaman yanında olan sadiq həyat yoldaşından başqa, Forda heç kim inanmırdı. Bu qadın həyat yoldaşını o qədər çox sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlaya bilərdi. Dişləri soyuqdan bir-birinə dəysə də, əlləri titrəsə də, Fordun xanımı ondan ayrılmağı ağlından keçirmirdi. Çünki o, dərin sevgi bəslədiyi ərinə möhkəm inanırdı!

Atasının kəskin etirazlarına baxmayaraq, Henri karyerasına “Edison Elektrik Company” də mühəndis-mexanik kimi başlayıb. O, bu şirkətdə həftədə 11 dollar alırdı, iş günü isə 10 saat davam edirdi. Aydın məsələdir ki, dəbdəbəli həyatdan söhbət gedə bilməzdi. Üstəlik, öz arzusunu həyata keçirmək üçün işdən sonra o, gecə yarısına qədər anbarda çalışırdı.

Və illər keçəndən sonra günlərin birində cütlüyün evindən böyük gurultu eşidilir. Qapı açılanda bütün qonşular \”dəlinin\” öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görür. Beləliklə də uzun illərin zəhməti öz nəticəsini göstərir. 1893-cü ildə dünya nəqliyyat tarixində görünməmiş hadisə baş verir. Qeyd edək ki, Fordun yaratdığı ilk avtomobili saatda 32 km sürətlə hərəkət edirdi. 1896-cı ildə isə özünün ikinci avtomobilini yaradıb.

Henri Fordun uğuru bütün dünyaya yayılanda, o, artıq məşhur sənaye sahibi idi. Bütün jurnalistlər bu dahidən müsahibə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərdən biri zarafatla “Başqa həyatda kim olmaq istərdiniz?” sualını verir. Ford isə cavabında gülümsəyir və “Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun!”

“Edison Elektrik Company” dən aralandışdan sonra Henri Ford “Detroyt\” svtomobil şirkətini yaradıb. 1902-ci ildə bu şirkətin adı “Company of Hanry Ford” ilə əvəz olunub. 1903-cü ildə isə o, məşhur “Ford motor company” ni yaradır. Az bir müddətdən sonra bu şirkətə dünyanın müxtəlif ölkələrindən sifarişlər gəlməyə başlayır. Artıq Fordun avtomobilləri hər yerdə tanınırdı. XX əsrin əvvəllərində dünyada istehsal olunan hər iki avtomobildən biri “Ford motor company” -nın payına düşürdü. Fordun avtomobil sənayesinin hüdudları ildən-ilə genişlənirdi. 1932-ci ilə qədər Avropada Fordun artıq 7 zavodu, 12 filialı fəaliyyət göstərirdi.

Henri Ford həm də məşhur ictimai-siyasi xadimlərdən hesab olunurdu. O, hesab edirdi ki, böyük müəssisəni idarə edən şəxs öz kabinetində oturmamalıdır, o, xalqın içində olmalı, daim hərəkətdə, irəliləyişdə olmalıdır. Henri Ford 1947-ci il 7 apreldə 84 yaşında beyninə qan sızması nəticəsində vəfat edib.
Razılaşmaq lazımdır ki, bu hekayə sevginin var olduğunu bir daha sübut edir. Onu da etiraf lazımdır ki, əgər səni dəstəkləmirlərsə, onda belə bir uğur qazanmaq mümkün olmur. (publika.az)

İnterpress.az