Bu barədə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat verib.
Məlumatda qeyd olunub ki, həmin dini icmaların təsisçiləri dini icmanın dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı DQİDK-yə müraciət ediblər. Onların müraciəti əsasında həmin icmalar ləğv edilərək, dini qurumların dövlət reyestrindən çıxarılıb: “Dini etiqad azadlığı” haqqında qanunun 12-1-ci maddəsində dini qurumun ləğv edilməsinin iki qaydası göstərilib. Dini qurumlar təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilən orqanın qərarı ilə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. 2009-cu ildə “Dini etiqad azadlığı” haqqında qanununa edilən dəyişikliklərə görə qeydiyyatdan keçən bütün dini icmalar öz hüquqi statusunu saxlamaq üçün yenidən qeydiyyata alınmalı idilər. Bu zaman bir çox dini icmalar yenidən qeydiyyata alınmaları ilə bağlı müraciət etməyiblər və hal-hazırda könüllü şəkildə ləğv edilərək yeni dini icmalar formalaşdırırlar”.
2013-cü ildən bu günə qədər 72 dini icma ləğv olunub. Ləğvetmə prosesi zamanı hazırki, qanunvericiliyə görə hüquqi qüvvəsi olmayan dini icmaların təsisçiləri dini icmaların dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı müraciət edirlər. Həmçinin, mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan dini icmaların ləğv edilməsi ilə bağlı Dövlət Komitəsi məhkəmə qaydasında iddia qaldırır.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda 707 dini icma dövlət qeydiyyatına alınıb. Bu ilin ötən dövründə isə 62 dini icma dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilib.
İnterpress.az