Dünyanı valeh edən FOTO – VİDEObackend

Dünyanı valeh edən FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1995-ci ildə müşahidə olunan məşhur “yaradılış sütunları” yenidən görüntülənib.

Astronomlar bölgəni “ulduz fabriki” adlandıraraq yeni yaranan ulduzlara görə bu bənzərsiz gözəlliyi “yaradılış sütunları” adlandırıb.

Molekulyar hidrogen qazı ilə tozdan əmələ gələn və bir neçə işıq ili məsafədə olan 3 sütun Habl teleskopunun 25-ci il fəaliyyəti nəticəsində daha dəqiq, daha dolğun şəkildə yenidən görüntülənib.

“Yaradılış sütunları”nın uzun zaman öncə yox olduğu ehtimal edilir. Alimlər həmin toz və qaz buludlarının 6 min əvvəl supernova (ulduz partlaması) ilə dağıldığını bildirirlər. Lakik “sütun”lar dünyaya o qədər uzaqdırlar ki, işıq sürətinə baxmayaraq onların yox olmalarını görmək üçün min il gözləmək lazımdır.

“Sütun”ların olduğu İlan ulduzlar silsiləsi – Qartal Nebulası ilk dəfə isveçrəli astronom Jan-Filip de Çesua tərəfindən 1745-ci ildə kəşf olunub. Nebulalar ulduzlar arasındakı boşluqlarda yer alan və ulduzların yaydıqları işıq enerjisi ilə görünən sıx qaz və toz buludları kimi tanınır.

Dünyanı valeh edən FOTO - VİDEO

Dünyanı valeh edən FOTO - VİDEO



İnterpress.az