Fətullah Güləndən Ərdoğana: “Hitler kimi rəzil öləcəksən”backend

Fətullah Güləndən Ərdoğana: “Hitler kimi rəzil öləcəksən”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, F.Gülən Ərdoğanın hərəkətlərini Hitlerə bənzədib: “Bunun kimi əsrin bütün digər fironları da eyni aqibətə məruz qalacaqlar. Allah imham edər, ehmal etməz. 1945-ci ildə biz uşaq idik. Amma sənədli və bədii filmlərdə gördük. Əsrin tağutlarından birinin yalan üzərində inşa etdiyi bir şey vardı. Bir yerə qədər getdi. Amma 10 il, 15 il. O yalanlar, iftiralar, o intiqam duyğusu, başqalarını sürü kimi görmələri onu önünə qatıb sürüklədi. Həmişə öz rifah və səadət saraylarını qurmaq, dünyasını ona görə planlamaq üçün cəhdlər etdi. Amma rəzil oldu. Onun kimi əsrin bütün digər fironları da rəzil kimi öləcəklər”.

F.Gülənin sözlərinə görə, Ərdoğan dediyi yalanlara özü də inanmağa başlayıb: “Hitlerin bəzi sözləri var, belə yalanlar söyləyir. Kimsə ona “yalandır” demədiyi üçün daha da cəsarətlənir. Bir an gəlir ki, söylədiyi yalanlara özü də inanır”.

İnterpress.az