Ermənistanda tələbələr və müəllimlər velosipedə KEÇİRbackend

Ermənistanda tələbələr və müəllimlər velosipedə KEÇİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda tələbələr və müəllimlər velosipedə keçir.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan hökuməti sağlam həyat tərzinin təşviqi və alternativ nəqliyyat növlərinin stimullaşdırılması proqramını təsdiqləyib.

Belə ki, tələbə və müəllimlərə velosipedlərin alınması üçün güzəştli kredit təklif olunacaq.

Baş nazir Nikol Paşinyanın bəyan etdiyi kimi, proqram nəqliyyat sıxlığı problemini həll edə və sağlam həyat tərzini stimullaşdıra bilər.

“Dərslərə təmiz havada getmək ictimai nəqliyyata minməkdən daha yaxşı və təmizdir. Gələcəkdə velosiped yolları haqqında da düşünə bilərik”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az